Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dinc əhalini atəşə tutan ermənilər Azərbaycan qanunları qarşısında cavab verəcəklər"
Erməni əsirlər

Xəbər verildiyi kimi ötən il sentyabrın 27-dən bu vaxta qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş cinayətlərə görə 21 nəfər beynəlxalq axtarışa verilib.

Həmin şəxslər Baş Prokurorluqda başlanmış cinayət işləri üzrə təqsirli bilinib.Həmin faktlarla bağlı 62 cinayət işi başlanılıb. Axtarışa verilən şəxslərdən 17-si xarici ölkə vətəndaşları olan muzdlu şəxslər, 4 nəfəri isə Ermənistan vətəndaşıdır. Həmin vaxt erməni silahli birləşmələri Azərbaycanın 3 şəhər və 16 rayonunu atəşə tutub. Hadisə nəticəsində adıçəkilən ərazilərə 29,1 min mərmi, 227 raket atılıb. Hadisə nəticəsində Azərbaycanın həmin yaşayış məntqələrində 102 nəfər qətlə yetirilib. Onlardan 12-si uşaq, 62-si kişi, 28- isə qadındır. 51 uşaq, 102 qadın və 270 kişi olmaqla ümumilikdə 423 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəmiyyəti düşündürən əsas suallar budur ki mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsinin nümayəndələrinin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olacaqmı? Onlar Azərbaycan qanunları qarşısında cavab verəcəkmi? Biz də bu suallarla ekspertlərə müraciət etdik.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Bizimyol.info-ya bildirib ki, Azərbaycan dövlətin və beynəlxalq hüququn gücündən istifadə edilərək bütün vasitələrlə mülki əhaliyə qarşı hərbi cinayət törətmiş şəxslərin cəzalandırılmasına çalışacaq və buna nail olacaq.

"Azərbaycan tərəfi dəfələrlə bildirmişdi ki, Milli Ordunun hədəfləri hərbçilərdir, hərbi obyektlərdir. Bizdən fərqli olaraq Ermənistan silahlı qüvvvələri dinc sakinlərə qarşı kütləvi qırğın silahlarından istifadə edib. 44 günlük müharibədə Ermənistan ordusunun dinc sakinlərə qarşı fəaliyyəti çərçivəsində uşaqlar, qadınlar və qocalar olmaqla 102 nəfər qətlə yetirilib. Dinc sakinlərin qətlə yetirilməsilə bağlı istintaq tədbirləri aparıldı və 21 nəfər axtarışa verildi.Bu qərar Azərbaycan dövlətinin milli məsələlərdə nə qədər prinsipial mövqedə durduğunu göstərən ciddi addımlardan biridir",-deyə A.Əliyev bildirib. Politoloq qeyd edib ki, axtarışa verilən 21 nəfərin hər birinin cinayət məsuliyyətinə cəlb olunacağına əmindir: " Azərbaycan qanuna zidd addım atacaq şəxsi Azərbaycan dövlətinin və beynəlxalq hüququn gücündən istifadə edərək bütün vasitələrlə həmin şəxslərin cəzalandırılmasına çalışacaq və buna nail olacaq. Axtarışa verilən 21 nəfərin hər birinin cinayət məsuliyyətinə cəlb olunacağına əminəm. Onlar Azərbaycan qanunları və vətəndaşları qarşısında cavab verəcəklər".

Politoloq vurğulayıb ki, ərazilərimiz işğalda olan vaxtda Ermənistanın rəsmi şəxsləri və qondarma rejim tərəfindən aldadılaraq Qarabağa gətirilmiş şəxslər Azərbaycan dövlətindən üzr istəyirlər: "Azərbaycan sərhədini qanunsuz keçərək ərazisinə səfərlər etdikləri üçün üzr istəyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, kifayət qədər güclü iqtisadiyyatı və ordusu olan, eyni zamanda böyük siyasi iradəyə malik dövlətdir. Ona görə də Azərbaycan dövlətilə hesablaşılır. Regionda, bölgədə baş verən proseslərdə maraqlı olan hər dövlət, hər bir qüvvə və qrup Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Bu onu deməyə əsas verir ki, Azərbaycanda xalq-dövlət birliyi mövcuddur".

Əkrəm Həsənov Əkrəm Həsənov

Vəkil Əkrəm Həsənov bildirib ki, cinayət hüququ sahəsində ölkələrarası qarşılıqlı müqavilə yoxdursa, axtarılan şəxslərin Azərbaycana verilməsi problemdir: "Azərbaycanın cinayət məsuliyyətinə cəlb etmək istədiyi vətəndaşlar çox güman ki Azərbaycandadır. Ermənistanla sözügedən müqaviləmiz olmadığı üçün onları çətin Azərbaycana versinlər. Amma həmin şəxslər başqa ölkələrə getsələr, onları həmin ölkə Azərbaycana verə bilər. Bunun üçün İnterpol xətti ilə həmin şəxslər axtarışa verilməlidir".

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »