Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moldova portalı: Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb
Qüdsi Osmanov

Bu gün Azərbaycan tarixinin ən yaxşı dövrünü yaşayır və Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb. Bütün bu böyük uğurlar Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qazanılıb.

Bu fikirlər Moldovanın nüfuzlu “Noi.md” xəbər portalında dərc olunmuş məqalədə yer alıb.

Müəllifi ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov olan yazıda qeyd edilib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində bölgədə həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən güclü və nüfuzlu ölkəyə çevrilib, orada hakimiyyət-xalq birliyi mövcuddur.

“Bütün bunlar Vətən müharibəsi zamanı bütün dünyaya açıq şəkildə göstərildi və qazanılan şanlı Qələbə tarixdə əbədi qalacaq. Müharibə nəticəsində işğaldan azad olunan ərazilər nəinki yenidən qurulur və bərpa edilir, orada iqtisadiyyat da inkişaf etdirilir, tamamilə yeni sistem qurulur, sosial əhəmiyyətli layihələr həyata keçirilir. Bu gün Azərbaycanın qazandığı bütün uğurların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub”, - deyə Qüdsi Osmanov bildirib.

Səfir, həmçinin işğaldan azad olunan ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən, ölkəmizin iqtisadi və hərbi sahələrdə uğurlarından ətraflı bəhs edib.(azərtac)

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »