Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peter Siyarto: Macarıstan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib
Peter Siyarto

Macarıstan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü birmənalı olaraq qəbul etmişik. İnanırıq ki, işğaldan azad olunmuş torpaqlarda tezliklə sülh və dinc yaşayış təmin olacaq. Əminik ki, vaxtilə torpaqlarından qovulmuş insanlar indi öz ata-baba torpaqlarına qayıdacaq və orada xoşbəxt yaşayacaqlar.

Bizimyol.info xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto martın 10-da azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Macarıstan şirkətlərinin Azərbaycanın apardığı bərpa-quruculuq işlərində köməyini əsirgəməyəcəyini bildirən Peter Siyarto qeyd edib: “Ölkəmiz tərəfindən həmin şirkətlər üçün kredit ayrılacaq. Macarıstan tezliklə Azərbaycandan qaz almağa başlayacaq və bunun üçün təhlükəsizlik mühüm şərtdir”.

Nazir bildirib ki, Cənub Qaz Dəhlizi bölgədə yeni reallıq yaradıb. Macarıstan bu ilin sonunda bu layihəyə qoşulacaq. Ölkənin qaz kəmərləri Serbiyanın boru kəmərləri sistemi ilə birləşəcək.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »