Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: “Azərbaycanla Macarıstan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanıb”
Peter Siyarto

“Macarıstanın 2010-cu ildə Azərbaycanda səfirliyi açılıb və həmin vaxtdan intensiv əməkdaşlıq həyata keçirilib”.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

P. Siyarto deyib ki, iki ölkə arasında siyasi münasibətlər qarşılıqlı hörmətə əsaslanıb: “Heç vaxt bir-birimizin daxili işlərinə qarışmamışıq. Ölkələrimiz arasında açıq qalan siyasi məsələ mövcud deyil. Bu, bizə iqtisadi və biznes sahəsində əməkdaşlığımızı inkişaf etdirməyə imkan verib. Ədalətli və düzgün siyasi əməkdaşlıq nəticəsində Macarıstan iqtisadiyyatı da faydalar əldə edib. Macarıstanın “Hell” şirkəti energetik içkilər sahəsində Azərbaycanda liderə çevrilib. Macarıstandan Azərbaycana idxal olunan malların yarısını əczaçılıq malları təşkil edir”.

Macarıstan xarici işlər və ticarət naziri bildirib ki, Macarıstan şirkətlərindən biri də boru sahəsində Azərbaycanda əməkdaşlıq edir: “Macarıstanla Azərbaycan arasında hava əlaqəsini də bərpa etməyi düşünürük”.(apa)

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »