Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cövhər Dudayevin qızı Azərbaycana niyə gəlmişdi...
Cövhər Dudayev

Cövhər Dudayevin dünyadan köçməsindən 25 il ötür. Çeçen İçkeriya Respublikasının ilk prezidenti yaddaşlarda cəsur insan, ağıllı dövlət xadimi kimi qalıb.

Rusiyaya qarşı dirənişin qəhrəmanı tarixin şanlı guşəsində yerini tutub. Bəs onun övladları haradadır?

Bizimyol.info xəbər verir ki, Dudayevin üç övladı olub: Avlur, Deqi və Dana. Dana sərkərdənin yeganə qızıdır. Onun indi 48 yaşı var.

Prezidentin həyat yoldaşı Alla mətbuatdan qaçan adam deyildi. Çoxlu müsahibələr verirdi, ictimaiyyətdən uzaq dayanmırdı. Amma ərinin vəfatından sonra Alla kölgəyə çəkilməyə başladı. Onun sonuncu müsahibəsi 2006-cı ilə təsadüf edir. Onda jurnalistlərin evə gəlməsinə icazə verməmişdilər. 15 nəfərin yaşadığı evdə əksəriyyətə rus dilini eşitmək istəmirdi.

Rusiya mətbuatı bu illər ərzində Dudayevlər ailəsinin üzvlərini çox axtarıb. Onlar haqqında məlumat bol deyil. Məlumdur ki, haradasa xaricdə, böyük ehtimalla Avropada yaşayırlar. Cövhər Dudayevin oğullarından birinin soyadını dəyişdirdiyi bildirilir. Keçmiş prezidentin ən kiçik oğlunun indi 37 yaşı var.

Hələ 2006-cı ildə Allanın 5 nəvəsinin olduğu dəqiqləşmişdi. Həmin uşaqların 3-nü Dana dünyaya gətirmişdi. Dudayevin qızı soyadını heç vaxt dəyişdirməyib. Hətta ərə gedəndə də. Çünki o, eyni soyadlı adamla – Məsud Dudayevlə ailə həyatı qurub.

Dana sovet məktəbində rus dilində oxumuşdu. Amma atası ona çeçen dilini mükəmməl öyrədə bilmişdi. Dana 1994-cü ildə - toqquşmaların qızğın vaxtında ailə həyatı qurmuşdu. Uzun müddət Orexovo kəndində yaşamaq lazım gəlmişdi. Çünki kənd qala kimi qorunurdu. Rusiya mətbuatı yazır ki, bir müddət qohumlarının evində gizlənən cütlük sonradan Azərbaycana gəlib və bir müddət burada yaşayıb. Bundan sonra Türkiyə və Avropaya yol görünüb. Dananın ayrı-ayrı vaxtlarda ailəsi ilə Litvada, Almaniyada, İsveçdə və İngiltərədə məskunlaşdığı bildirilir.

İndi Məsud Dudayevin Böyük Britaniyada biznesi var. Böyük sərkərdənin kürəkəni nə jurnalistlərə müsahibə verir, nə də Çeçenistana gedir. Allanın və oğullarından birinin İsveçdə yaşadığı ehtimal edilir. Çünki Cövhər Dudayevin həyat yoldaşı məhz bu Skandinaviya ölkəsində kitab buraxmışdı. Dananın da İsveçə köçməyə cəhd göstərdiyi məlumdur. Amma sənədlərdəki problem bu istəyə mane olub.

Dudayevlər ailəsi Dudayevlər ailəsi, sağda Dana Dudayeva

Dananın övladlarının sayının 4-ə çatdığı deyilir. Allanın isə rəssamlıqla məşğul olduğu, Avropada sərgilər təşkil etdiyi sirr deyil.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »