Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Masallıda narkotik alverçiləri saxlanılıb
Həbs

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Hüseynli saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan bir ədəd sellofan torbada 1 kiloqram 70 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq psixotrop maddənin əldə olunmasında onunla əlbir olan Bakı şəhər sakini E.Abasov və Masallı rayon sakini Y.Babayev də saxlanılıb. Y.Babayevin üzərindən 20 qrama yaxın metamfetamin, E.Abasovdan isə 3 qramdan artıq tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »