Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın SQ-nin baş qərargah rəisi vəzifəsindən azad edilib
Onik Qasparyan

Ermənistan baş naziri Nikol Paşinyan az əvvəl yazılı bəyanatla çıxış edərək onun istefasını tələb edən Baş qərargah rəisi Onik Qasparyanın bu gündən etibarən vəzifəsindən azad edilmiş hesab olunduğunu bildirib.

Çünki prezident Armen Sərkisyan Qasparyanın vəzifədən azad edilməsi haqda baş nazirin təqdimatını imzalamayıb, eyni zamanda hərbi xidmət haqda qanunun Baş qərargah rəisinin təyinatı, vəzifədən azad edilməsi barədə bəndinə aydınlıq gətirilməsi üçün müəyyən edilmiş vaxt ərzində (indiki halda martın 9-na qədər) Konstitusiya Məhkəməsinə də müraciət etməyib. “Ona görə də 2021-ci il martın 10-dan etibarən Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur”,-Paşinyanın bəyanatında bildirilir.

Lakin ötən gün axşam prezident administrasiyası bəyanatla çıxış edərək bildirmişdi ki, Armen Sərkisyanın məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün son müddət yoxdur. Bəyanatda deyilirdi ki, prezident yaxın zamanlarda Konstitusiya Məhkəməsinə müraciət edərək hərbi xidmət haqda qanunun müvafiq bəndinə aydınlıq gətirilməsini istəyəcək.

Beləliklə, Ermənistanda Paşinyanla Qasparyan arasında “İsgəndər” raketlərinə görə başlamış tragikomik qarşıdurma davam edir. Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur, amma o hələ də Baş qərargaha rəhbərlik etməkdədir.(virtualaz.org)

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »