Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəngəzurda yeni Rusiya hərbi obyektinin görüntüləri yayıldı - Foto
Zəngəzurdan görüntü (Gorus)

Ermənistanın cənub-şərqində, Sünik vilayətinin (Zəngəzur) Sisyan şəhərinin ətrafında yeni Rusiya hərbi bazasının yerləşdirildiyi barədə fotolar yayılıb.

Virtualaz.org xəbər verir ki, həmin fotoları avia.pro adlı Rusiya saytı yayıb. Fotolara əsasən obyektdə Rusiya Hava Kosmik Qüvvələrinin vertolyotları yerləşdirilib, Rusiya və Ermənistan bayraqları asılıb. Sayta məlumat verən mənbələr orada bir neçə yüzə qədər Rusiya hərbçisinin də yerləşdirildiyini deyiblər.

Ermənistanda ikinci Rusiya hərbi bazası

Ermənistanda ikinci Rusiya hərbi bazasının yerləşdirilməsi barədə bu günlərdə müdafiə naziri Vaqarşak Arutyunyan danışmışdı. O bildirmişdi ki, 102-ci Rusiya bazasının genişləndirilməsi və onun qüvvələrinin bir hissəsini ölkənin cənubunda, Sünik vilayətində yerləşdirmək barədə müzakirələr gedir.

Hələlik yayılmış fotolara dair Ermənistan tərəfinin rəsmi açıqlamaları yoxdur.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »