Böyük Britaniyada son sutka ərzində 5766 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 228 998 nəfərə çatıb.
APA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 231 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 124 797 nəfərə çatıb.