Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ “vaksin millətçiliyi” iddialarını rədd etdi
Vaksin - peyvənd

Avropa İttifaqının prezidenti Şarl Mişel quruma qarşı “vaksin millətçiliyi” iddialarını rədd edib.

“Qafqazinfo”nun xəbərinə görə, o, Aİ-nin İngiltərə və ABŞ kimi koronavirus vaksinlərinin ixracatı məsələsində sərt qadağalarının olmadığını və ixracatı dayandırmağını bildirib.

“Avropa olmasaydı, bir ildən az müddət içərisində koronavirusa qarşı birdən çox vaksin yaratmaq və istehsal etmək mümkün olmayacaqdı. Aİ kasıb ölkələrə ilk doz vaksinləri almağa kömək edir.

Başqalarını vaksinlə təmin etmək üçün olduqca məhdud, amma genişmiqyaslı əməliyyatlar apardıqları üçün bizimkilərdən daha az arzu edilən dəyərlərə malik vaksinə sahib Çin və Rusiya tərəfindən özümüzü yanlış istiqamətləndirməməliyik.

Avropa vaksini təbliğat məqsədilə istifadə etməyəcək. Dəyərlərimizi müdafiə edəcəyik”, - 27 Aİ ölkəsini təmsil edən Mişel vurğulayıb.

Ş.Mişel əlavə edib ki, Çin və Rusiya Aİ-dən daha az insanı koronavirusa qarşı vaksinasiyadan keçirib.

“Hədəfimiz vaksin sifarişi verdiyimiz və əvvəlcədən maliyyələşdirdiyimiz şirkətlərin söz veriləni bizə çatdırmalarını təmin etmək və digər inkişaf etmiş ölkələrə ixracının qarşısını almaqdır. Aİ ixracatı əsla dayandırmayıb”, - Mişel Aİ ölkələrində istehsal olunan peyvənd dozlarının ixracatını idarə etmək üçün tətbiq olunan sistemi müdafiə edib.

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »