Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Rusiya gömrük orqanları arasında əlaqələrin perspektivləri müzakirə edilib
Azərbaycan və Rusiya gömrük orqanları arasında əlaqələrin perspektivləri müzakirə edilib

Martın 9-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb.

Görüşdə Komitənin aidiyyəti strukturlarının əməkdaşları və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan ilə Rusiyaarasındakı mehriban qonşuluq və səmərəli əməkdaşlıq münasibətlərindən danışıb, əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının xüsusi rolunu qeyd edib. Bildirilib ki, faydalı əməkdaşlıq gömrük orqanlarının fəaliyyətində də öz əksini tapıb, istər beynəlxalq, istər regional səviyyəli görüşlərdə və tədbirlərdə qarşılıqlı dəstək nümayiş etdirilib.

İki ölkə arasındakı ticarət dövriyyəsinin daim artdığını qeyd edən Səfər Mehdiyev gömrük orqanlarının da bu sahəyə mühüm töhfə verdiyini vurğulayıb. Xüsusilə qarşılıqlı məlumat mübadiləsi, gömrük əməkdaşlığının gücləndirilməsi sahəsində iki ölkənin gömrük orqanları arasında mühüm sənədlərin imzalandığını diqqətə çatdıran Komitə sədri qarşıya qoyulan məsələlərin icrası məqsədilə çevik və səmərəli addımların atıldığını qeyd edib. Səfər Mehdiyev cari ildə də iki ölkə arasındakı ticarət dövriyyəsinin artacağına, əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Azərbaycan və Rusiya gömrük orqanları arasında əlaqələrin perspektivləri müzakirə edilib

Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verən Komitə sədri tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğunu, dövlət büdcəsinə ödənilən vəsaitlərin bir neçə dəfə artdığını, qaçaqmalçılıqla, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm nailiyyətlərin əldə edildiyini bildirib.

Azərbaycan-Rusiya sərhədində inşa olunan "Xanoba" gömrük postunun ilin sonunadək istifadəyə veriləcəyinə ümid etdiyini bildirən Səfər Mehdiyev, bununla da iki ölkə arasında sərhədkeçmə proseslərinin sürətlənəcəyini, tranzit daşımaların həcminin artacağını, beynəlxalq ticarətin daha asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün münbit şərait yaranacağını vurğulayıb.

Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Azərbaycan-Rusiya münasibətlərindən məmnunluqla danışıb və Dövlət Gömrük Komitəsi sədrinin iki ölkənin gömrük orqanlarının fəaliyyəti və həmin fəaliyyətin qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşdüyünü bildirib. Səfir cari ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin artacağına, gömrük məsələləri üzrə müşavir Georgiy Pesçanskixin fəaliyyətə başlamasının gömrük orqanları arasındakı münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix Azərbaycan gömrükçülərinin bilik və peşəkarlıq səviyyəsindən məmnunluqla bəhs edib, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fikirlərini bölüşüb.

Görüşün sonunda Səfər Mehdiyev Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin yeni təyin olunan gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskixə gələcək fəaliyyətində uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, yeni təyinat qarşılıqlı münasibətlərə, gömrük orqanları arasındakı səmərəli əməkdaşlığa töhfə verəcək.

Bizimyol.info

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
Son xəbərlər
Bütün xəbərlər »