Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ABŞ-ın Gürcüstana yanaşmasını tənqid edib
Sergey Narışkin

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) ABŞ administrasiyasının Gürcüstandakı vəziyyətlə bağlı yanaşmasını tənqid edən bəyanat yayıb.

“Report” xəbər verir ki, sənəddə son zamanlar Vaşinqtonda Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının hərəkətləri ilə bağlı narazılığın artdığı bildirilib.

Qeyd olunub ki, ABŞ hələ Mixeil Saakaşvilinin vaxtında Gürcüstanda siyasi proseslərin idarə olunması, hakimiyyətin fəaliyyəti və müxalifətə münasibətdə hansı xətti tutmasını diktə etməyə öyrəşib.

XKX-nin rəisi Sergey Narışkin bəyan edib ki, ABŞ Gürcüstanda vəziyyəti qaydasına salmaq üçün müxalifətçilərə dəstəyin göstərilməsi və eyni zamanda “Gürcü Arzusu”nun mövqelərini sarsıtmaq üçün sistemli iş qurmağı planlaşdırır.

Bəyanatda qeyd olunub ki, Ağ Evdə hakim partiya üzvlərinin Avroatlantik inteqrasiya istiqamətində qeyd-şərtsiz irəliləməsi ilə bağlı göstərişi tam yerinə yetirməmələrinə görə qıcıqlanıblar.

“Vaşinqton Gürcüstan hakimiyyətinə çatdırmaq istəyir ki, Ağ Evin Tbilisiyə münasibətdə gələcək xətti Gürcüstan hakimiyyətinin Amerikanın göstərişlərinə dəqiqliklə əməl etməsinə hazırlığı ilə müəyyən olunacaq”, - sənəddə vurğulanıb.

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »