Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qatil tikintilərin yıxdığı evlər
Elmar Nurəliyev

Bir neçə gün öncə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızının başına düşüb.

Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Ancaq gəlin etiraf edək ki, tikinti sahəsində belə qəzalar tez-tez baş verir. Fəhlələrin hündürlükdən yıxılıb ölməsi, kranın aşması, dəmir parçalarının vətəndaşlara xəsarət verməsi kimi hallar ilk deyil.

Bu da bir daha sübut edir ki, tikinti sahəsində təhlükəsizlik qaydalarına əməl edilmir.

Tikinti məsələri üzrə ekspert Elmar Nurəliyev Bizimyol.info-ya açıqlamasında bildirib ki, tikinti sektoru təhlükə potensialı yüksək olan sahədir.

Belə ki, istehsalatda baş verən qəzaların 25 faizdən çoxu tikinti sektorunun payına düşür.

Tikintidə istifadə olunan avadanlıqlar, qurğu və mexanizmlər, kranlar, kimyəvi tərkibli tikinti materialları, ağır tonnajlı nəqliyyat vasitələri, hündürlükdə görülən işlər və s. bunlar hamısı təhlükə riski yüksək olan amillərdir.

“Bu səbəbdən də, hər hansı yanlışlıq, məsuliyyətsizlik və diqqətsizlik ağır qəzalara və bədbəxt hadisələrə səbəb olur. İstehsalatda baş verən qəzalar insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı müxtəlif peşə xəstəliklərinə səbəb olur. Belə halların qarşısının alınması üçün iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması mütləqdir." -deyən eskpert hesab edir ki, təhlükəsizlik tədbirləri ilə istehsalat qəzalarının qarşısını almaq olar.

E. Nurəliyevin sözlərinə görə, istahsalatda baş verən qəzaların 30 faizi ölümlə nəticələnir.

Bir çox tikinti sahələrində, istehsalat müəssələrində və digər iş yerlərində təhlükəsizlik qaydalarına əməl edilmir: “Ən əsas da tikinti sahəsinin təhlükəlilik dərəcəsinin nə qədər yüksək olduğunu nəzərə almırlar. Təhlükə potensiallı obyektlərdə təhlükəsizlik tədbirləri, təhlükəsizlik qaydaları, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizlik qaydalarına, hündürlükdə işlər zamanı təhlükəsizlik qaydalarına, qurğu və mexanizmlərin işlək və saz vəziyyətdə olması ilə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir”.

Mütəxəssisin fikrincə, əhali və ətraf mühit üçün təhlükə yaradan ,yanğın partlayış törədə bilən , zəhərləyiçi maddələrin emalı, daşınması həmçinin sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab olunur.

Ekspert bildirib ki, tikinti sahəsində işçilər əvvəlcə texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdır, hər gün təlimat verildikdən sonra işə başlanılmalıdır. Daha sonra işçilər fərdi mühafizə vasitələri ilə təchiz edilməlidir: “Başında dəbilqə, xüsusi geyim forması ,iş ayaq geyimi, hündürlükdə görəcəyi işlə bağlı təhlükəsizlik kəməri , eynək ,əlcək ilə təmin olunmalıdır. Daha sonra isə işçilərin buna riayyət etmələrinə nəzarət mexanizmi olmalıdır. Tikintidə hər bir iş görülərkən onun təhlükəsiz yerinə yetiriləcəyinə əmin olduqdan sonra işə başlanmalıdır. Yükü qaldıranda, hündürlikdə işləyəndə, betonqarışdıran maşını işə salanda, qaynaq və elektrik mişar ilə iş görən zaman diqqətli olmaq lazımdır”.

Təhlükəsizlik qaydalarına riayət etməyəndə, məsuliyyətsizlik və işə biganə yanaşanda bədbəxt hadisələrin baş vermə riski artır.

Bu səbəbdən də müvafiq qurumlar tikintidə təhlükəsizlik qaydalarının pozulması hallarına qarşı ciddi tədbirlər görməlidir.

Xəbərdarlıq edildikdən sonra yenə də eyni hallar aşkar edilərsə, tikinti dayandırılmalıdır.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, tikintidə baş verən qəzalarla bağlı ölüm halı baş verdiyi zaman Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılır.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »