Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan İndoneziyaya humanitar yardım göstərib
Xarici İşlər Nazirliyi

15 yanvar 2021-ci il tarixində İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti vasitəsilə İndoneziyaya 50 min ABŞ dolları məbləğində humanitar yardım göstərilib.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

"İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti tərəfindən göstərilmiş humanitar yardıma görə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan xalqına minnətdarlıq bildirilib. Məlum olduğu kimi, 2021-ci ilin 15 yanvar tarixində İndoneziyanın Sulavesi adasında Rixter cədvəli üzrə 6,2 bal gücündə baş vermiş zəlzələ 27 nəfərin ölümünə, 600 nəfərdən çox insanın yaralanmasına səbəb olub. Təbii fəlakət nəticəsində 100-ə yaxın evə ziyan dəyib, 10 yaşayış evi isə tamamilə dağılıb", - XİN-in məlumatında bildirilib.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »