Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində yarasalarda SARS-CoV-2-nin “yaxın qohumu” aşkarlanıb
Karantin koronavirus maska dezinfeksiya

Çinin cənubundakı Yunnan əyalətində olan 23 növ yarasadan alınan bioloji mayelərin tədqiqatı sayəsində bioloqlar yeni növ koronavirusun dörd “yaxın qohumu”nu kəşf ediblər. Onlardan biri - RpYN06 genom quruluşu baxımından SARS-CoV-2 ilə eynidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə tədqiqatı təsvir edən məqalə “bioRxiv”də dərc olunub.

SARS-CoV-2-nin əcdadı, güman ki, 20-ci əsrin ortalarında Şərqi Asiyada yarasalar arasında yayılmağa başlayıb, bu da koronavirusun təkamülünün öyrənilməsinin onsuz da çətin vəziyyətini bir qədər də çətinləşdirir, axı bölgədə çox sayda yarasa növü var, onların populyasiyalarında isə bir çox fərqli viruslar yayılıb.

Alimlər yeni növ koronavirusun, ehtimal ki, “vətəni” olan Yunnan əyalətində 2019-cu ilin mayından 2020-ci ilin noyabrına qədər toplanan yarasalardan alınan 400-dən çox bioloji maye nümunəsini araşdırıblar. Alimlər nümunələrin 40 %-də koronavirus izləri aşkar ediblər. Özü də onlar arasında həm SARS-CoV-2-nin də daxil olduğu beta-koronaviruslar, həm də soyuqdəymənin, qastroenteritin və pişik və itlərin müxtəlif xəstəliklərinin törədiciləri olan alfa-koronaviruslar olub.

Bu viruslardan biri olan RpYN06 genom quruluşu baxımından SARS-CoV-2-nin insan versiyasına maksimum yaxındır. Üstəlik, RpYN06-nın bir çox geninin strukturu SARS-CoV-2-dəki ilə, demək olar, 100 % eyni olub.

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »