Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qondarma rejimin nümayəndələrinin səfərlərinə görə xarici dövlətlərə verilən notaların sayı açıqlanıb
Xarici İşlər Nazirliyi

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin xarici ölkələrə səfərlərinin qarşısının alınması məqsədilə onların siyahısı yenilənib və müvafiq nota ümumilikdə 75 dövlətin xarici siyasət idarələrinə fərdi qaydada təqdim edilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

“Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə erməni əsilli şəxslərin qanunsuz məskunlaşdırılması ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, BMT Baş katibinə, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına və müvafiq dövlətlərin xarici işlər nazirlərinə ünvanlanmış məktublar tərtib edilib, məsələ ilə bağlı faktlar toplanıb və təlimatlar verilib”, - deyə sənəddə qeyd olunub.(apa)

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »