Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhalinin 42%-i “Azərişıq”dan tam razıdır
Əhalinin 42%-i “Azərişıq”dan tam razıdır

Media Təhlil Mərkəzi (MTM) kommunal xidmət sahələrinin fəaliyyəti barədə ictimai rəyi öyrənmək üçün fevralın 25-28-də sorğu keçirib.

Bizimyol.info xəbər verir ki,  MTM-dən verilən məlumata görə, sorğuda iştirak etmiş 817 respondentin 41,4%-ni qadınlar, 58,6%-ni isə kişilər təşkil edib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 42,4%-i “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən tam razıdır. Sorğu iştirakçılarının 28%-i elektrik enerjisinin verilməsində tez-tez fasilələrin yarandığını, 19,2%-i elektrik enerjisinin keyfiyyətinin aşağı olduğunu, 10,4%-i isə sayğac göstəricilərindən narazılığını bildirib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin göstərdiyi xidmətlərdən isə sorğu iştirakçılarının 27,7%-i tam razı olduğunu deyib. Respondentlərin 30%-i qazın zəif olduğunu, 19,7%-i qazın təmiz olmadığını, 13,8%-i qaz sayğaclarının göstəricilərinin səhv olduğunu, 8,8%-i isə qazın verilişində tez-tez fasilələrin yarandığını qeyd edib.

“Azərsu” ASC-nin fəaliyyəti isə sorğu iştirakçılarının 31,8%-ni tam qane edir. İştirakçıların 39,3%-i suyun təmiz olmadığını, 13,6%-i suyun tez-tez kəsildiyini, 9,8%-i suyun az gəldiyini, 5,5%-i isə sayğac göstəricilərinin səhv olduğunu bildirib.

Son xəbərlər
Bütün xəbərlər »