Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 yaşlı oğlunu əlləriylə boğan atanın etirafı: "Cənnətə göndərdim"
10 yaşlı oğlunu əlləriylə boğan atanın etirafı: "Cənnətə göndərdim"

Türkiyədə dünən axşam törədilmiş dəhşətli cinayət insanı düşünməyə məcbur edən bir hadisədir. Ata öz azyaşlı oğlunu qarşısına qoyub, yalın əlləriylə boğaraq öldürüb və öldürməzdən öncə də onu öldürəcəyini deyərək, halallıq istəyib. Cinayət dini motivdə baş verib.

Bizimyol.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, Konya şəhərində yaşayış binasında nəzarətçi işləyən 31 yaşlı Hüseyin Kılıcər 10 yaşlı oğlu İsmayıl Kılıcəri boğaraq öldürüb, daha sonra polisə könüllü təslim olub. İfadə verən qatil atanın dedikləri isə insanı heyrətə salır:

“Oğlumu öldürməyi 2 həftə öncədən planlaşdırırdım. Dünən həyat yoldaşımı bazara göndərib oğlumu qarşıma oturtdum. Mənim çoxlu borclarım var. Günahlarım var. Cəhənnəmə gedəcəyimi bilirdim. İstəmədim oğlum da cəhənnəmlik olsun. Onu bu dünyadan məsum cənnətə göndərmək istədim. Odur ki, qarşımda oturtdum, onu öldrmək istədiyimi və çox sevdiyimi söylədim. O da məni çox sevdiyini söylədi. Daha sonra ayaqlarım arasına alıb, əllərimlə boğdum”,- deyə qatil ata etiraf edib.

Maraqlıdır ki, Türkiyədə bir ay ərzində bənzər xarakterli iki cinayət hadisəsi baş verib. Daha öncə həkim işləyən ata 12 yaşlı oğlunu Allaha qurban vermək üçün boğazını kəsmişdi.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »