Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının xarabalıqlarda yaşayan sakinləri
Bakının xarabalıqlarda yaşayan sakinləri

"Şanxay"... Bir neçə il sonra Bakıda bu adda qəsəbənin olduğu unudulacaq. 50-60 il əvvəl, Bakıda dəmiryol relslərinin arasında bir qəsəbə qurulur.

Dəmiryol xəttinin sağı və solu "gecəqondu"larla əhatə olunur. Bakılılar və rayonlardan gələn insanlar burada kiçik evlər tikib yaşamağa başlayır. Zaman keçdikcə, qəsəbə böyüyür.

Qəsəbənin heç hir yerdə rəsmi adı olmasa da, əhalisi ona "Şanxay" adı verir.

Qəsəbə sakinlərinin sözlərinə görə, "Şanxay" yeni salınanda qəsəbədə yaşayan Hacı adlı bir iş adamı Çinin Şanxay şəhərinə səfər edir. Qəsəbəyə qayıdanda Hacı kişi öz qəsəbələrini Çinin Şanxayına bənzətdiyi üçün qəsəbəni "Şanxay" adlandırır. Bu, qəsəbə sakinlərinin də ürəyincə olur.

90-cı illərdə məcburi köçkünlər Bakıya gələn zaman "Şanxay" bir qədər də genişlənir.

Sakit, gözdən uzaq, könüldən iraq olan qəsəbə 5-6 il əvvəl dövlət qurumlarının yadına düşür.

Azərbaycan Dəmiryolları QSC –nin nümayəndələri dəfələrlə əraziyə baxış keçirir, sakinlərlə görüşür. Dəmiryolunun ətrafında olan evlərin çoxu sakinlərinə konpensasiya ödənilərək onlardan alınır.

Bizimyol.info xəbər verir ki, hazırda "Şanxay"da evlərin çoxu sökülüb. Ərazi xarabalığı xatırladır. Amma buna baxmayaraq, hələ də ərazidə söküntülər arasında yaşayan ailələr var.

İddialara görə, həmin ailələr ADY –nin təklif etdiyi məbləğlə razılaşmadığı üçün evlərinin sökülməsinə razı olmayıb.

Məhkəmə çəkişmələri davam etdiy üçün ailələr hələ də həmin evlərdə yaşayır.

Xatırladaq ki, prezident İlham Əliyev çıxışlarının birində qeyd etmişdi ki, evləri sökülən vətəndaşlar razı salınmalıdır.

Ancaq görünən odur ki, müvafiq qurumlar bu tapşırığı unudub.

Və hələ də "Şanxay"ın xarabalıqları arasında razı salınmayan vətəndaşlar yaşayır.

Qeyd edək ki, "Şanxay"da dəmiryolunun mühafizə zolağında 476 "gecəqondu" var idi.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti hələ 2019-cu ildə, Dəmir Yolunun 2-ci blok-post – Böyük Şor mənzilində - "Şanxay"da dəmir yolunun mühafizə zolağında qanunsuz tikililər söküləndən sonra ərazinin təmizləndiyini qeyd etsə də, bu gün, yəni 2021-ci ildə ərazi hələ də xarabalığı xatırladır

Son xəbərlər
Bütün xəbərlər »