Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bərdədə oğurluq edən şəxslər saxlanılıb
Bərdədə oğurluq edən şəxslər saxlanılıb

Bərdə rayon sakini olan bir şəxs mart ayının 7-də Türkmən kəndində yerləşən özünə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə RPŞ-yə ərizə ilə müraciət edib.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri - Nicat Mehdiyev, əvvəllər məhkum edilmişlər Aqil Əliyev, Əliş Mirzəzadə, Dünyamin Məmmədov saxlanılaraq istintiqa cəlb olunublar.

Oğurluqda şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Araşdırmalarla onların 6 ədəd avtomobil akkumulyatoru, 1 ədəd qızıl qolbağı, 1 ədəd televizor və kondisioner oğurlamaqla zərərçəkmiş şəxsə 4 min manat civarında ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »