Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beş ay komada qalan şəhid hərbçi Samuxda dəfn olunub
Şəhid cənazəsi

Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq 5 ay sonra hospitalda vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Cəfərov Babək Maxsus oğlunun nəşi doğulduğu Samux rayonunun Əlikənd kəndinə aparılıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid rayonun Qarayeri qəbiristanlığında torpağa tapşırılıb.

Dəfin mərasimində Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanan B.Cəfərov 5 ay komada qalıb. İki övlad atası olan B.Cəfərov ötən gün vəfat edib.

Xatırladaq ki, B.Cəfərov Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Paylaş »
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »