Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaksin varsa, sərt karantin niyə var?
Vaksin varsa, sərt karantin niyə var?

Koronavirusun ölkəmizdə bir yaşı tamam olsa da haqqında yayılan  söz – söhbət səngimək bilmir. Hər kəs onun reallığını bildiyi halda arxasında gizli bir komplo nəzəriyyəsinin olmasına da əmindir. Buna görə, vaksinasiya  və onun gündəlik artım tempinə şübhə ilə yanaşanlar var. Ən pisi də budur ki, el arasında gəzən söz-söhbətin çoxusu düz çıxır, gec də olsa rəsmilər tərəfindən təsdiqlənir. Necə deyərlər  daha bulaq başında  qadınların etdiyi söhbətə daha çox inam var , nəinki rəsmi dairələrin ilk gündə verdikləri təkzibə.

Yoluxma sayında artmalar var, artıq bəzi "ekspertlər" başlayıblar sərt karantin anonsun verməyə.Telekanallarda həkimlərin , bu sahə üzrə mütəxəssislərin də çıxışlarından anlamaq olur ki, növbəti məhdudlaşdırmalara hazırlanırıq. Həkim Qalib Əsədov isə hesab edir ki, vaksin vurulursa  sərt karantin tədbirlərinə başlanmasına lüzum yoxdur.

“Artıq vaksinasiya gedir və risk qrupuna daxil olan təbəqəyə 1 aydan çoxdur zaman verilib ki, gedib vaksin vurdursunlar. Bundan sonra günahı kimdəsə axtarmaq lazım deyil, yoluxma sayına görə sərt karantinə də gərək yoxdur. Bizdə istifadə olunan Sinovak  vaksin yoluxmanı önləmək baxımından nisbətən az effektiv olsa da, ölüm göstəricisinin tam qarşısını ala bilir. Yəni ola bilsin günlük yoluxma  yüksək olsun, amma ölüm sayı olmayacaq, yoluxanlar xəstəliyi daha yüngül formada keçirəcəklər .

Buna görə, hesab edirəm ki, normal həyata qayıtmaq istiqamətində tədbirlər görülməlidir”,- deyə o bildirib..

Professor Adil Allahverdiyev  Bizimyol.info-ya verdiyi açıqlamada vaksinin özündən şübhəli olan şəxslərə cavab olaraq qeyd edib ki,  bu vaksinin təhülkəli xəstəliklərə, o cümlədən gələcəkdə sonsuzluğa səbəb olacağı barədə deyilənlərə inanmaq düzgün deyil.

Adil Allahverdiyev Adil Allahverdiyev

“Vaksinin təhlükəli xəstəlik yaratması barədə fikirlər əsassızdır.Vaksin vurdurmaq istəyən insanların sayı getdikcə artır.  Ölkəmizdə istifadə edilən peyvənd inaktivləşdirilmiş, yəni ölmüş viruslardan hazırlanıb. Vaksinin birinci dozası vurulan zaman orqanizm öldürülmüş virusla tanış olur. İkinci doza vurulan zaman isə orqanizm artıq öldürülmüş virusla tanış olduğu üçün immun hüceyrələr aktiv hərəkətə keçməyə başlayır. Koronavirus vaksininin bu günə qədər istifadə edilmiş qrip, eləcə də infeksion xəstəliklərə qarşı hər hansı bir peyvənddən daha faydasız olduğunu deməyə əsas yoxdur”.

Bu qədər maliyyə hesabına vaksin alınıbsa o istifadə edilməlidir. Effekti yoxdursa niyə vurduraq, yox effekti varsa niyə sərt karantinə keçək? Müəyyən qadağalar saxlanılmaq şərtilə indiki qaydalarla davam eləsək, təhlükəsizliyi təmin edə bilərik. Xalq da azdan çoxdan qazanc əldə edib narazı qalmaz.

Öncədən dalğa gəlir deyib böyük – böyük planlar quranlar, bu qədər qısıtlamaların  gətirəcəyi  psixoloji, iqtisadi sunamini də düşünməlidirlər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »