Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Venesuelaya qarşı sanksiyaların işə yaramadığını etiraf edib
Ağ Ev, Vaşonqton, ABŞ

Vaşinqton Venesuelaya qarşı birtərəfli sanksiyaları ləğv etməyəcək. Bununla belə, Co Bayden administrasiyası Karakasa qarşı sanksiyaların indiyədək işə yaramadığını və bu ölkənin rəsmilərinə çoxtərəfli təzyiqlər göstəriləcəyini bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək vəzifəli bir nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

“Biz sanksiya rejimini yenidən nəzərdən keçirmək hüququnu özümüzdə saxlayırıq, lakin Nikolas Maduro rejimi danışıqlar masasına oturmağa hazır olduğunu göstərməyincə, sanksiyaları ləğv etməyə tələsmirik. ABŞ sanksiyaları ləğv etməyə tələsmir, amma etiraf edilməlidir ki, dörd ildir tətbiq edilən birtərəfli sanksiyalar bu ölkədəki son seçkilərin nəticələrini dəyişdirməkdə uğurlu olmayıb. Rejim sanksiyalara uyğunlaşıb, neft bazarları çoxdan neft sanksiyaları ilə uyğunluq tapıb”, - deyə administrasiya rəsmisi vurğulayıb.

Qeyd edək ki, ABŞ Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətini tanımır və ölkə müxalifətinin lideri Xuan Quaydonu dəstəkləyir.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »