Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi

Bu gün infarkt keçirən Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztəkinin həyatını xilas etmək mümkün olmayıb.

“Report” xəbər verir ki, 62 yaşlı aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca tvitter hesabında aktyorun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, o, Türkiyənin “Səksənlər” serialında Ahmet, Çağatay və Nazlının atası, Çınaraltı məhəlləsinin keçmiş icra nümayəndəsi Fehmi Özdemir rolundan da tanışdır.

Son xəbərlər
Bütün xəbərlər »