Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Samir Abasov: "Honda ilə 90 faiz razılıq əldə olunub"
Samir Abasov: "Honda ilə 90 faiz razılıq əldə olunub"

"Komandamı təbrik edirəm. Yaxşı oynadıq. Digər tərəfdən rəqibə çox qol şansı verdik. Bunu aradan qaldırmalıyıq. 20 günlük fasiləyədək 1 oyunumuz qalıb. Ondan sonra bir qədər dincələ bilərik".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Keşlə"ni 3:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, bugünkü oyuna görə sağ cinah müdafiəçisi Ömər Buludova müəyyən tapşırıqlar verib: "Əvvəl də dediyim kimi bizdə hücumçunun irəlidə durması vacib deyil. Komanda şəklində hücum etməliyik".

Abasov "Neftçi"yə transferi gündəmdə olan yaponiyalı ulduz futbolçu Keysuke Honda barədə də danışıb: "Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var. Honda komandanı sakitləşdirmək baxımından bizə fayda verə bilər. Honda müxtəlif mövqelərdə oynaya bilir. 90 faiz razılıq əldə olunub. Özü də mövsümün sonunadək bizdə oynamaq istəyir. Yayda yenidən danışıqlar ola bilər".

Son xəbərlər
Bütün xəbərlər »