Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkədə koronavirusun “Braziliya” ştammına yoluxma qeydə alındı
Daha bir ölkədə koronavirusun “Braziliya” ştammına yoluxma qeydə alındı

Avstriyanın Zaltsburq şəhərində yeni növ koronavirus infeksiyasının Braziliya mutasiyasına yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zaltsburq federal torpağının hökuməti bildirib.

Məlumata görə, indiyədək koronavirusun Braziliya mutasiyasına cəmi bir yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvarında Avstriyada koronavirusun CAR və Böyük Britaniya mutasiyalarına rast gəlinib. Bu, fevral ayında sərt karantinin uzadılmasına səbəb olub.

Son xəbərlər
Bütün xəbərlər »