Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanla Conson ikitərəfli münasibətləri müzakirə edib
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Bu barədə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Ticarət, turizm, müdafiə, kənd təsərrüfatı, COVID-19 pandemiyası ilə mübarizə, ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional mövzular müzakirə olunub.

Prezident Ərdoğan bildirib ki, pandemiya ilə bağlı vəziyyət imkan verərsə, Türkiyə bu ilin ikinci yarısında “Tatlıdil” adlı Türkiyə-Britaniya Forumunu qəbul etməyə hazırdır.

Dövlət başçısı Türkiyəyə aprel ayında maneəsiz və təhlükəsiz turist səfərlərinin bərpa olunacağına əminliyini ifadə edib.

Türkiyə lideri Böyük Britaniya ilə Türkiyə arasında sərbəst ticarət sazişinin onların münasibətlərdə dönüş nöqtəsi olduğunu bildirib. Ərdoğan vurğulaylb ki, atılan addımlar ikitərəfli ticarətin həcminin 20 milyard dollara çatmasına kömək edəcək.

Prezident qeyd edib ki, Ankara Londonun Kipr məsələsi ilə bağlı səylərini alqışlayır.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »