Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Məhkəməsi Trampın seçkilərin nəticəsi ilə bağlı şikayətini rədd edib
ABŞ Məhkəməsi Trampın seçkilərin nəticəsi ilə bağlı şikayətini rədd edib

ABŞ Ali Məhkəməsi, keçmiş prezident Donald Trampın seçkilərin nəticəsi ilə bağlı 3-cü apelyasiya müraciətini rədd edib.

APa bildirir ki, ali qurum Trampın şikayəti ilə bağlı aşağı instansiya məhkəmələrini verdiyi qərarı qüvvədə saxlayıb. Qeyd edək ki, sabiq prezident Viskonsin ştatındakı seçki nəticələrinin yenidən sayılmasını tələb edir. Həmin ştatda o, hazırkı prezident Ci Baydenə 20 min səs fərqi ilə uduzub.

Ali Məhkəmə qərarını izah etməyib və açıqlayıb ki, səslərin sayılmasına dövlət hakimiyyəti orqanları tərəfindən müdaxilə edilməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »