Bu gün İndoneziyanın Sumatra sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
APA bildirir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Geoloji Xidməti tərəfindən məlumat verilib.
Zəlzələlərin episentri Benkulu vilayətinin 158 kilometr cənub-qərbində yerləşib.