Gədəbəy rayonunun fərdi yaşayış evində yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Novosaratovka kəndində ümumi sahəsi 50 m² olan vaqon tipli evin taxtadan ibarət üzlüyü və içərisindəki ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.