Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beş ay komada qaldı - Vətən müharibəsi şəhidi torpağa tapşırılıb
Beş ay komada qaldı - Vətən müharibəsi şəhidi torpağa tapşırılıb

Vətən müharibəsi şəhidi əsgər Balakişiyev Zamin Dadaş oğlu torpağa tapşırılıb.

Bizimyol.info xəbər verir ki, Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalan Zamin Balakişiyev dünən müalicə olunduğu hospitalda vəfat edib.

Zamin Balakişiyev 2001-ci ildə anadan olduğu Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib. Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak edib.

Zamin Balakişiyev

Qeyd edək ki,  Ali Baş Komandanın sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhidimiz nişanlı olub.

Allah rəhmət eləsin!

Son xəbərlər
Bütün xəbərlər »