Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürdə batan 41 yaşlı Mingəçevir sakininin meyiti tapılıb
Kürdə batan 41 yaşlı Mingəçevir sakininin meyiti tapılıb

Kürdə batan şəxsin meyiti tapılıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmərindən verilən məlumata görə, yanvarın 31-də FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Axtarışda olan 41 yaşlı Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər
Bütün xəbərlər »