Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Bu gün Beynəlxalq Qadınlar Günü münasibəti ilə müxtəlif tanınmış şəxslərin bayram təbriklərini xanımlarımıza çatdırmaq istərdik.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli hesab edir ki, 8 mart təkcə qadınlara diqqət günü deyil, həm də bəşər həyatında onların rolunu, yerini, dəyərini qabardan gündür.

“II Qarabağ müharibəsinin bir qəhrəmanı da Azərbaycan qadını oldu: Qəhrəman böyüdən ana, , iradə və əzm göztərən şəhid xanımları, bu şəhidin hələ də gözü yol çəkən zərif qız övladları. Mən bu bayram günündə onları və bütün Azərbaycan qadınlarını təbrik edirəm”

Dinşünas Elşad Miri hesab edir ki, dində qadınlar haqqında deyilən fikirlərin bir çoxu kimlərinsə arzu və istəkləri əsasında dəyişdirilib.Əslində kişi heç də qadından üstün göstərilməyib.

“Hansı ilahiyyatçı, din xadimi, bunlarla məşğul olan qurumlardan kimsə çıxıb deyəcək ki,

- İslamda qadının döyülməsi əmri yoxdur.

- Məhəmməd peyğəmbər 53 yaşı olanda 9 yaşlı Aişə ilə ailə həyatı qurmayıb.

- Kişilər qadınlar üzərində üstün deyillər.

- İki qadının şahidliyi bir kişinin şahidliyinə bərabər deyil.

- Mirasda qadınlara kişilər qədər pay verilir.

- Cəhənnəmdəkilərin çoxu qadınlar deyil.

- Kişilərə cənnətdə qadın hurilər verilməyəcək.

- Qadınlar kişinin qabırğasından yaranmayıb.

- İlk günahın səbəbi qadın deyil.

- Qadınlar rəhbər vəzifə tuta bilərlər.

- Qadınların da kişilər kimi boşamaq haqqı var.

- Qadınların təkbaşına səyahət ixtiyarı var”

Millət vəkili Nəsib Məhəməliyev hesab edir ki, kişnin kişi olduğu yerdə qadın üçün hər gün qadınlar günüdür

“Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlarımızı səmimi qəlbdən təbrik edir, sağlam, mənalı, xoşbəxt həyat arzulayıram. Məxsusi olaraq şəhid, qazi analarına, bacılarına, onların qız övladlarına Allahdan səbr diləyirəm.

Belə bir deyim var: Kişnin Kişi olduğu yerdə Qadın üçün hər gün Qadınlar günüdür. Özünü əsil Kişi hesab edən hər kəs bu deyimi yaşam tərzinə çevirməyi bacarmalıdır. Cəmiyyətimizdə qadın zorakılığına yer olmamalıdır”.

Politoloq İlham İsmayıl da özünəməxsus şəkildə təbrik yazıb.

“Yunanlarla troyalılar uzun müddət Yelenaya görə bir-biriylə vuruşublar. Homer yazır ki, axırda hamı bu savaşdan bezdi və bütün ağsaqqallar hökmdara “Bu müharibəni durdurun” demək üçün qapısına toplaşdı. Bu vaxt Yelena eyvana çıxdı və Yelenanı görən qocalar da ayağa qalxdılar. Onlar Yelenaya baxdılar, baxdılar və dedilər. Dəyərmiş. Dəyərli xanımlarımızın bayramı mübarək!”

Deputat İlham Məmmədov:

“Qadın incəlik, zəriflik, namus və ləyaqət rəmzidir.Qadın ana, bacı, həyat yoldaşı, ailəsinə arxa və dayaqdır. Qadınlar dünyamızın bəzəyi, həyatımızın yaraşığıdır.Həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadınların rolu, izi,əməyi olmasın. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva da cənab Prezidentə arxa, dayaq durmaqla yanaşı, həm də bacarıqlı bir siyasətçi, gözəl bir ana kimi ölkəmizdə qadınlara nümunədir. Azərbaycan qadınının böyütdüyü, tərbiyə etdiyi övladlar Vətən müharibəsində torpaqlarımızın azadlığı naminə canlarından, qanlarından keçərək bizə uzun illərin həsrətində olduğumuz qələbə sevincini yaşatdılar.Biz o, iğidlərin anaları qarşısında baş əyir, əllərindən öpürük”

Fazil Mustafa: “Uğurlu Azərbaycan qadını kimdir? Öz vəzifə borcu ilə hüquq və azadlıqlarının tarazlığını saxlayanlardır. Onlar ailə dəyərlərini də yaşadırlar, savadlı və modern düşüncə adamlarıdır, eyni zamanda fərqli sahələrdə ictimai dəyər qazanmış nənələrimiz, analarımız, bacılarımız, qızlarımızdır. Onların cəmiyyətdə əhəmiyyətli rola sahib olmaları üçün sayları çoxalmalıdırlar, bir-birinə dəstək verməlidirlər. Əslində 8 mart, öz hüquqlarını tanıyan, öz hüquq və azadlıqlarının tapdanmasına imkan verməyən qadınların bayramıdır. Bər-bəzəkli, bahalı, güllü-qönçəli hədiyyələrlə baş aldatmağa çalışmaq yerinə qadının başını ucaldacaq cəmiyyət qurmağa çalışsaq heç 8 mart bir bayram kimi yadımıza da düşməyəcək. Hələ ki, qadın vəzifələrinin bolluğu, hüquq və azadlıqlarının defisiti var, 8 marta bir ümid günü kimi baxmaq olar.

Bu ümid gününüz qutlu olsun dəyərli qadınlar!”

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »