Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova:"Bu gözəl gündə Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara təbriklərimi çatdırmaq istəyirəm"
Sahibə Qafarova:"Bu gözəl gündə Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara təbriklərimi çatdırmaq istəyirəm"

Milli Məclisin sədri Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib.

Bizimyol.nfo xəbər verir ki, təbrikdə deyilir:

Əziz və dəyərli xanımlar!

Sizləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz.

Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara çatdırmaq istəyirəm. Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban vermişdir.

Buna görə Sizlərin qarşınızda baş əyir, bayramınızı təbrik edirəm!

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »