Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
Türkiyə və Azərbaycan bayraqları

Bizimyol.info-nun müsahibi politoloq Xaləddin İbrahimlidir.

Qarabaın işğaldan azad edilməsi uğrunda 44 günlük müharibə və ölkəmizin zəfəri yalnız Azərbaycanda deyil, regionda və hətta dünyada siyasi qüvvələrin balansında müəyyən dəyişikliklərə səbəb oldu. Əslində 30 il ərzində iki xalq arasında ərazi davası kimi bəsit görünən bu münaqişənin arxasında qonşu dövlətlərin və regionda marağı olan güclərin əli, böyük planları var idi. Azərbaycan uzun və səbr tələb edən bu mərhələdən qələbəylə çıxdı.

İndi hadisələrə bir qədər uzaqdan baxanda çox mətləblərə aydınlıq gəlir. Bu günlərdə aktivləşmiş PKK terror təşkilatının yeni oyunları arxasında əslində Azərbaycana da mesaj gizlənib. Bu gün professor Xaləddin İbrahimli ilə söhbətimizdə yaxın qonşumuz İranla münasibətlərimizdən danışacağıq. O İran ki, din qardaşımız olsa da, sözdə sizinləyik desə də, düşmənimizin yanında oldu.

Xaləddin İbrahimli Xaləddin İbrahimli

- Xaləddin bəy, çıxışlarınızdan birində qeyd etmisiz ki, İran regionda üçüncü bir dövlətin yaranmasında maraqlıdır?

- Türkiyənin cənubundakı bütün xarici qüvvələr orada yeni bir dövlətin qurulmasında maraqlıdırlar. O cümlədən İran. Bu PKK və PYD terror təşkilatlarının yaratmaq istədikləri dövlətdir. 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində Yaxın Şərqdə yeni bir praktika başladıldı. Avropa, ABŞ və İsrailin dəstəyi ilə öncə terror təşkilatları yaradıldı, o təşkilatlara siyasi ideoloji, lojistik, maliyyə və əsgəri dəstək veridi, onların bazasında yeni dövlət qurma hədəfləndi. İŞİD əslində Yaxın Şərq hadisəsi deyildi. İsrail, AB , ABŞ hadisəsi idi.

- Onu niyə söndürdülər? Ara sıra adı çəkilsə də əvvəlki möhtəşəmliyində deyil.

- Çünki İŞİD İran, Rusiya, Türkiyə, İraq və Suriya üçün də təhlükəliydi. Onu istəməyən güclər çox idi deyə bu təşkilatı söndürdülər. Amma PKK və PYD-ni Türkiyədən başqa hər kəs istəyir. Rusiya istəyir, ABŞ istəyir, İsrail istəyir, AB-dəki aparıcı dövlətlərin çoxu istəyir, Yunanıstan, İran yardım edir. Yən, Türkiyə xaric hər bir dövlət ona və onun Surya qoluna yardım edir. Heç şübhəsiz, dəstək kəsilməsə, PKK fəaliyyətə davam edəcək.Türkiyə və Azərbaycanda bəzi mütəxəssislər düşünürlər ki, İran PKK-ya yardım etmir. Çünki, PKK-nın İrandan da torpaq istəyi var. Bu yanlış düşüncədir. PKK və PYD ilə Tehran rejimi arasında anlaşma var. İran onlara lojistik imkan verir. Suriyada PKK o imkanı ABŞ-ın təzyiqi və öz silahı gücünə zorla alıb, İran isə özü verib.

- Məqsəd Türkiyəni zəif salmaqdır?

- Bəli. 1992-93-cü illərdə xeyli arxiv materiallarını araşdırdım. Türkiyə 1993-cü ildə Azərbaycana dəstək verməyə çalışırdı. Amma o dönəm PKK-nın zirvələrdə olduğu dönəm idi. Abdullah Öcalanın aktiv zamanı idi. PKK İran-Türkiyə sərhədindəydi və İran PKK-ya dəstək verirdi. Türkiyə dəfələrlə İrana müraciət edərək bunu etməməsini istədi. İran Türkiyəyə açıq dedi ki, Azərbaycana dəstəkdən əlini çək, Azərbaycandan çəkil.

- Nəyə görə?

- Türkiyənin Azərbaycana, Qafqaza gəlməsini istəmirdi. Şimali Azərbaycanın müstəqil olması hər zaman İran üçün kabus olub, bunu həyati təhlükə hesab edir.Müstəqil Azərbaycan İran üçün o deməkdir ki, Cənubi Azərbaycanlılarda müstəqillik düşüncələri yarana bilər.Ona görə, var gücü ilə müstəqilliyimizn boğulmasında maraqlı olub və Ermənistana dəstək verməsinin arxasında bu dayanırdı. Azərbaycan Ermənistanı blokadaya alanda Ermənistana tək nəfəs yolu İrandan oldu, İran ona bu dəstəyi verdi. Yəni bizm illərlə din qardaşımız deməklə deyil, söhbət siyasi və dövlət maraqlarından gedirdi. İran da bu anlamda Ermənistanın yanında dayanmışdı.Ermənistana İran dəstək verməsəydi, o işğalı çoxdan sonlandırardı.

- Bu gün reallıqlar dəyişdi. İranın siyasətində dəyişiklik varmı?

- Eyni şey yenə təkrar olunur. İran bu gün də PKK-ya dəstək verir. İraqın şimalında Türkiyə PKK-ya ağır zərbələr vurdu. İraqın şimalında PKK-nın güvənliyi təhdid olunan kimi, İran öz qapılarını PKK-ya açır. Dəstəkləyir. Çünki, Türkiyə 44 günlük savaş dönəmində aktiv şəkildə Qafqazda söz sahibi oldu. 1918-ci ildən sonra Türkiyə ikinci dəfə Qafqaza girdi, boy göstərdi. İran öz qonşuluğunda Türkiyəni yox, Rusiyanı istəyir.Bu gün PKK-nın aktivləşməsi İranın Türkiyəyə mesajdır, “Qafqazdan uzaq dur” demək istəyir, “Sən Azərbaycana gəlsən mən də PKK dəstək verəcəm” demək istəyir.

- İndi şərtlər dəyişib axı.

- Bəli. İndi Türkiyə İranın şərtləri ilə oturub-duran deyil, əksinə, onu öz şərtlərinə tabe edə bilər. Amma mövzumuz İranın gizli məramı barədədir.Yəni, bu gün Azərbaycandakı “din qardaşlarımızdır” deyib iranpərəstlik edənlərə demək istərdim ki, İran Ermənistandan daha ötə düşməndir. Qonşuluq yaxşı şeydir, amma gərək qonşu qonşu ola.Türkiyə bu gün özü oyun quran, öz şərtlərini diktə edən, həm quruda, həm dənizlərdə söz sahibi bir dövlətdir. İranın PKK alətindən istifadəsi köhnə kartdır və işə yaramayacaq.

- Rusiya da Türkiyənin Qafqazda bərkiməsini istəməz yəqin. Bu anlamda İran Qarabağda Rusiya kartından istifadə edə bilərmi?

- Bu gün Rusiya İran münasibətlərində yaxınlıq varsa da, Rusiya anlayır ki, Türkiyə çox güclü mövqeyə sahibdir və bir çox məsələlərdə Rusiya İranla işləməməyə məcbur olur. Türkiyənin Qafqazdakı varlığıyla barşır.Bunu Putin də qeyd etdi ki, Türkiyə yaranmış yeni geosiyasi reallıq əsasında Qafqaza gəlib və bunu qəbul eləmək lazımdır.

- Avropa Türkiyənin Qafqazadakı varlığından məmnundur?

- Yox təbii ki.

- Revanşistlər, erməni lobbisi yeni müharibə başlada bilərmi?

- Ermənistana bu 44 günlük mühariədə güclü zərbə dəyib. Özünü toparlaması üçün ən az 5 il lazımdır. Bu 5 ildə biz də güclənəcəyik, yerimizdə saymayacağıq. Azərbaycan bu savaşla elə bir taktika göstədi ki, bundan sonra tanklar yalnız əkin-biçin üçün, traktor kimi istifadəyə yararlı olacaq. Qaldı ki, Ermənistanda Sərkisyan və Köçəryanın fəallaşmasna. Onlar Rusiya hərbi sənayesinin layihəsidir, yəni dərin dövlətin. Rusiyanın dərin dövləti müharibələrin çıxmasında maraqlıdır, çünki qazancları müharibədən gəlir. Kim hakimiyyətə gəlir- gəlsin fərqi yoxdur. Amma, onların indi istədikləri qüvvələrin Ermənistanda hakimiyyətə gəlmə şansı sıfıra bərabərdir. Erməni xalqı müharibənin gətirdiyi fəlakəti artıq gördü. Rusiya çəkilsə Qarabağda bir erməni qalmayacaq. Ora zorla 15 minə qədər erməni gətirlib, çünki bu rusa lazımdır. Erməni olmayandan sonra Qarabağda sülhməramlıların olmasına gərək qalmayacaq. Paşinyanı xalq yalnız ona görə dəstəkləyir ki, savaş istəmirlər.Türkiyə yavaş-yavaş rusları sıxışdırıb çıxaracaq, buna əminəm.

- Azərbaycandakı beşinci kalon xəyanət etməsə, Türkiyənin getməsinə səbəb olmasa?

- Azərbaycan dövləti bilir ki, Türkiyəyə xəyanət etmək olmaz.Qeyri- səmimi davrana bilmərik. Dostluq, qardaşlıq deyiriksə, bunu isbat eləməliyik.Türkiyənin Qafqazda dərin iştirakı bizim xeyrimizədir.Bir qrup ruspərəstlər ola bilər amma onlar sadəcə qrupdur. Əsas dövlət maraqlarıdır, xalqın istəyidir. Xalq, dövlət də Türkiyəni istəyir.

İlhamə Rəsulova

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »