Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
Sumqayıtda faciə ilə nəticələnən məclis:  16 yaşlı gənc ölüb

Sumqayıt şəhərində dostların məclisi faciə ilə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda baş verib.

Belə ki, dostu tərəfindən gətirilən spirtli içkini qəbul edən 2005-ci il təvəllüdlü Fərhadlı Turan Faiq oğlunun vəziyyəti qəflətən pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq 16 yaşlı gənci xilas etmək mümkün olmayıb.

Meyit müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »