Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
“Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti

“Kreml Kiyevin son sərt addımlarına, xüsusən də, Viktor Medvedçukun televiziya kanalının bağlanmasına reaksiya verəcək. Bunu bilirik, amma Ukrayna təcavüzkar ölkənin istənilən hərəkətinə, hətta genişmiqyaslı hücumuna da cavab verməyə hazırdır”,- deyə Ukrayna daxili işlər nazirinin müşaviri Valeri Potseluyko yerli mətbuata açıqlamasında bildirib.

Hökumət nümayəndəsi Donbassın azad olunması perspektivindən də danışıb: “Ukraynanın Donbassı azad etmək üçün strategiyası var. Dövlətin yüksək rəhbərliyi tərəfindən belə bir qərar verilən anda bu strategiya tətbiq üçün hazırdır”.

Xatırladaq ki, az əvvəl Ukrayna daxili uşlər naziri Arsen Avakov bildirmişdi ki, “Ukrayna Putinin gözlənilməz zərbəsinə hazırdır”. Bu günlərdə isə Ukraynada  Medvedçuk və Kozak kanallarının fəaliyyətinə xitam verilib. Bu qərar Kremli özündən çıxarıb, çünki hər iki kanal Rusiyanın mövqeyindən çıxış edirdi.

Kreml, Moskva, Rusiya Kreml, Moskva, Rusiya

Valeri Potseluyko bununla bağlı Kremlin addımlarına hazır olduqlarını bildirib: “Əlbəttə, cavab gözləyirik. Çünki başqa cür edə bilməzlər. Təzyiq varsa, qarşılığı da olacaq. Bu həm siyasətdə, həm də döyüş meydanında və digər istənilən bir qarşıdurmada qanundur. Ukrayna prezidentinin təqdim etdiyi addımlar çox güclüdür. Medvedçuk və Kozak kanallarının bağlanması Kremlin Ukraynadakı təsir alətlərinə zərbədir. Əminəm ki, bu, Rusiya üçün çox güclü bir zərbə və şokdur”.

Müşavir deyib ki, yaz gələndə Donbassda əməliyyatların başlaması mümkündür: “Ola bilər. Bunu nəzərə alırıq. Sizi əmin edirəm ki, biz cavab verməyə hazırıq, təcavüzə qarşı hazırıq, hətta ərazilərimizi tam azad etməyə hazırıq. Rusiya tərəfindən ümumilikdə bir hücum yer alarsa, onlar üçün dağıdıcı olacaq. Nazir Avakov bildirdi ki, sərhədləri nəzarətə götürsək, Milli Qvardiya və Milli Polis həmin ərazilərdə asayişi təmin etməyə hazırdır. Və hətta Sərhəd Mühafizəsi qüvvələri də. Hazırda qarşıdurmanın olduğu aydındır.

Prezidentin tezliklə qərar verəcəyinə ümid edirik. Bu əraziləri qaytarmağa hazır olduğumuza görə, orada hər hansı bir əməliyyatın keçirilməsini təmin etməyə hazırıq”.

Qeyd edək ki, son vaxtlar Ukrayna Türkiyə sıx hərbi əməkdaşlıq həyata keçirir. Ukrayna ordusunun qurulmasında Ankara yaxından iştirak edir.

Son xəbərlər
Bütün xəbərlər »