Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin Ağ Evdə qəbul edəcəyi ilk xarici lider Yosixide Suqo olacaq
Co Bayden

ABŞ Prezidenti Cozef Bayden apreldə Ağ Evdə Yaponiyanın Baş naziri Yosixide Suqo ilə görüşməyi planlaşdırır.

Bu barədə öz mənbələrinə istinadən “Axios” informasiya portalı məlumat yayıb.

Beləliklə, Yaponiya hökumətinin başçısı Baydenin öz iqamətgahında görüşəcəyi ilk xarici lider olacaq. Bu halda, nəşrin məlumatına görə, danışıqlar apreldən də gec baş tuta bilər, onların görüşü yeni koronavirusun yayılmasına qarşı mübarizədə müvəffəqiyyətlərdən asılıdır.

Portal bildirib ki, görüş Amerika-Yaponiya ittifaqının əhəmiyyətini vurğulamalı, həmçinin xarici liderlərin ABŞ-a səfərləri növbəsində ilk olmalıdır. Ağ Ev iki ölkənin liderlərinin mümkün sammiti haqqında informasiyanı şərh etməkdən imtina edib.

“Report” xatırladır ki, daha əvvəl Bayden Kanadanın Baş naziri Castin Trüdo ilə distant formatda ikitərəfli görüş keçirib. Ağ Evin başçısı həmçinin yaxın vaxtlarda Avstraliya, Hindistan və Yaponiya liderləri ilə eyni formatda görüşməyi planlaşdırır.(report)

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »