Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildə Netanyahuya qarşı etirazlar
İsraildə Netanyahuya qarşı etirazlar

Qüds, Təl-Əviv və Kesariyada minlərlə nümayişçi Baş nazir Binyamin Netanyahunun istefası tələbi ilə növbəti dəfə küçələrə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Netanyahunun Qüdsdəki iqamətgahının qarşısındakı aksiya Baş nazirin tərəfdarları ilə əleyhdarları arasında toqquşmalara çevrilib.

Təl-Əviv və Kesariyada aksiya iştirakçıları əllərində “Netanyahu, sən uduzmusan, get”, “Netanyahu, artıq get” sözləri yazılmış plakatlarla Netanyahu və hökumətə qarşı şüarlar səsləndirib.

Qeyd edək ki, martın 23-də İsraildə ümumi seçkilər keçiriləcək. Ölkədə etiraz aksiyaları artıq 37 həftədir davam edir. Etirazların səbəbləri Netanyahuya qarşı korrupsiya ittihamı, həmçinin, israillilərin COVID-19 pandemiyasına qarşı hökumət tədbirlərindən və onunla bağlı məhdudiyyətlərdən narazılığıdır.

Son xəbərlər
Bütün xəbərlər »