Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quba, Xaltan və, Şabranda yağış, Xaçmaz, Qusar və Şahdağda qar yağır
Quba, Xaltan və, Şabranda yağış, Xaçmaz, Qusar və Şahdağda qar yağır

Ölkə ərazisindəki faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, martın 7-si saat 19:00-a olan məlumatına əsasən səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Salyan, Neftçalada 28 m/s, Tərtərdə 25 m/s, Qəbələdə 24 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Ağstafa, Beyləqan, Xaçmazda 20 m/s, Biləsuvar, Balakəndə 18 m/s, Hacıqabul, Yardımlı, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Maştağa, Bakıda 35 m/s, Qum adasında 33 m/s, Sumqayıtda 30 m/s, Neft Daşlarında 29 m/s, Ələt, Pirallahıda 28 m/s, Çilov adasında 26 m/s, Binədə 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.

Quba, Xaltan, Şabranda yağış, Xaçmaz, Qusar, Şahdağda qar yağır.

Son xəbərlər
Bütün xəbərlər »