Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Roma Papası Fransisk İraqa ilk səfərini reallaşdırıb
Roma Papası Fransisk İraqa ilk səfərini reallaşdırıb

Roma Papası Fransisk İraqda səfərdədir. Bu, Roma Katolik Kilsəsi rəhbərinin iraqa ilk səfəridir.

APA xəbər verir ki, Papa İraq şiələrinin ruhani lideri - Ali Ayətullah Əli əl-Sistani ilə də ilk görüşünü reallaşdırıb.

İki dini lider müasir dünyada zorakılıq və ayrıseçkilik, bunların aradan qaldırılması üçün dini dialoqun vacibliyini müzakirə ediblər. Əli əl-Sistani, xüsusilə ölkənin şimalında üç ildir ki, İŞİD terror təşkilatının törətdiyi vəhşiliklərlə və təqiblərlə üzləşən, məhv edilən xristianlara qarşı sədaqətini vurğulayıb. 2000-ci illərin əvvəlləri ilə müqayisədə İraqdakı xristian əhalinin sayı 80% azalıb.

Papanın səfərinin əsas səbəblərindən biri də həm katolik, həm də pravoslav icmalarının təmsil etdiyi xristianlara dəstək və həmrəyliyin nümayiş etdirilməsidir.

Bundan başqa, Papa Fransisk simvolik bir yerdə - xirstianlıq, iudaizm və İslam dinində adı keçən İbrahim peyğəmbərin doğulduğu tarixi Ur şəhərində dinlərarası toplantıya rəhbərlik edib.

Son xəbərlər
Bütün xəbərlər »