Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə COVID-19-la bağlı son vəziyyət açıqlanıb
Türkiyədə COVID-19-la bağlı son vəziyyət açıqlanıb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 64 nəfər vəfat edib.

Bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 770 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7291, ağır xəstələr isə 1230 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 769 230 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 616 139 nəfər sağalıb, 28 965 nəfər isə həyatını itirib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »