Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya vətəndaşları Gürcüstana səfər edə bilərlər
aeroport

Rusiya vətəndaşlarının Gürcüstana səfər etmələri üçün bəzi qaydalar yumşaldılıb. Yeni qaydalara əsasən, Rusiya vətəndaşları martın 6-dan başqa ölkələrdən keçməklə Gürcüstana səfər edə bilərlər.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar hələ ki bağlıdır. Ona görə də Rusiya vətəndaşları Gürcüstana birbaşa uçuşların olduğu ölkələrdən gələ bilərlər.

Nazirlik, həmin ölkələr arasında Azərbaycanın və Türkiyənin də olduğunu bildirir.

Qeyd edilib ki, Rusiya vətəndaşları təyyarə ilə birbaşa Bakıya uçaraq, sonra Bakı-Tbilisi reysi ilə Gürcüstana gələ bilərlər.

“Rusiya vətəndaşları Gürcüstana gəldiyi zaman son 72 saat ərzində əldə olunan "PCR" testini təqdim etməlidirlər”, – deyə nazirlikdən bildirilib.(azərtac)

Paylaş »
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »