Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerevanda antirusiya mövqeli qüvvələr hökumətdən Amerika silahları almağı tələb edir
Yerevanda antirusiya mövqeli qüvvələr hökumətdən Amerika silahları almağı tələb edir

Ermənistanda “Sasna tsrer” terrorçu qruplaşmasının da daxil olduğu, millətçi və qatı antirusiya mövqeli qüvvələrin birləşdiyi “Milli-demokratik ittifaq” adlı təşkilat hakimiyyətdən silahlanmanı şaxələndirməyi və Amerika silahlarını almağı tələb edir.

Virtualaz.org “Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, bu hərəkatın fəalları ötən gün martın 5-də “Matenadaran” qədim əlyazmalar institutunun qarşısına toplaşıblar, aksiyada 150-yə yaxın erməni millətçisi iştirak edib.

Xatırladaq ki, bu günlərdə həmin hərəkatın üzvlərindən biri amerikalı jurnalistlə söhbətində Rusiyanı Ermənistanın əsas düşməni adlandırmışdı. Və demişdi ki, Rusiya Ermənistanı işğal edib.

“Bu, yeni milli-azadlıq mübarizəsidir”,-birinci Qarabağ müharibəsndə “Şuşa” batalyonunun komandiri olmuş keçmiş səhra komandiri, “Sasna tsrer” liderlərindən biri Jirayır Səfilyan deyib.

“Rusiya ilə Türkiyə arasında müqavilə erməni dövlətçiliyi üçün təhdiddir”,-bunu isə 2016-cı ilin yayında Yerevanda polis polkunun kazarmasını ələ keçirən “Sasna tsrer” terrorçularına başçılıq etmiş Varujan Avetisyan deyib. O, 1921-ci ildə Rusiya ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsini nəzərdə tutur.

“Ermənistan üçün prioritet məsələ təhlükəsizlikdir, ona görə də silah alınmasını şaxələndirmək lazımdır. Ermənistan ABŞ-ın NATO-dan kənar müttəfiqi statusunu almalıdır”,-bunu isə politoloq Ara Papyan deyib.

Onun fikrincə Qarabağdakı müharibə göstərdi ki, silahların bir mənbədən alınması hansı təhdidlər yaradır.

Lakin Yerevanda qədim əlyazmalar binasının qarşısında toplaşan bu bir ovuc “səfilyanlar” əsas məsələyə aydınlır gətirməyiblər-Ermənistan indiki səfil durumunda, borc içində batdığı bir vaxtda Amerika silahlarını hansı pulla alacaq?

Bu günlərdə baş nazir Paşinyan demişdi ki, 2018-ci ildən sonra Ermənistan ordusuna müasir silahların alınması cəhdləri olub, amma həmin silahları almaq üçün əvvəlcə siyasi məsələləri yoluna qoymaq lazım idi. “Axı həmin müasir silahları kim bizə satacaqdı?”,-Paşinyan sual etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »