Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 62 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistika cədvəlində qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 302 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 7 711, ağır xəstələr isə 1232 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 757 460 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 68 848 nəfər sağalıb, 28 901 nəfər isə həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »