Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“12 ildə intiharların sayı 4 dəfədən çox artıb"
“12 ildə intiharların sayı 4 dəfədən çox artıb"
Bizimyol.info–nun məlumatına görə, bu barədə iqtisadçı Toğrul Vəliyev yerli KİV-ə danışıb.

İqtisadçı açıq mənbələr əsasında (təəssüflər olsun ki, nə Dövlət Statistika Komitəsi, nə də Səhiyyə Nazirliyi intiharlara dair rəqəmləri hesablamır) Azərbaycanda intiharların sayını hesablamağa çalışıb.

Toğrul Vəliyev Toğrul Vəliyev

“ Bu yalnız cinayət işi açılmış halların sayıdır. Neçəsi qeydə alınmır? Bəlli deyil. Misal üçün, 2016-ci ildə 507 intihar hadisəsi baş verdiyi halda, ictimai təşkilatların birinin məlumatına görə 515 intihara cəhd hadisəsi qeydə alınmışdı”.

Psixoloq Ramin Hacıyev açıqlamasında qeyd edib ki, suiqəstlərin səbəbi müxtəlif ola bilər: “ Suiqəsdə hansısa bir xəstəlik səbəb ola bilər. Məsələn ağır xəstəlik, ruhi xəstəlik, narkomaniya, dərin depressiya, məhbus həyatı suiqəsdə yol aça bilər.

Bununla yanaşı baş vermiş hadisələr, əmlak bölgüsü, yaxınlarının itkisi, hansısa yaxın qohumların itkisi, valideyn, övlad itkisi səbəb ola bilər.

İnsan günahkarlıq hissi ilə həyatına son qoya bilər. Suiqəst geniş anlayışdı yəni onun konkret bir səbəbi yoxdur”.

Psixoloq vurğulayıb ki, bu məsələ ilə bağlı iqtisadçı danışırsa, deməli intiharların səbəblərindən biri də iqtisadi problemlərdir.

“Dünya statistikasına nəzər salsaq görərik ki, öndə gedən dövlətlərdə intihar statistikası daha yüksəkdir. Almaniya, Fransa və s. bu ölkələrdə intihar faktları daha çoxdur. Yaponiya iqtisadi baxımdan çox güclü ölkə olmasına baxmayaraq, intihar faktlarına görə, Yaponiya birinci yerdədir. Yəni məsələyə obyektiv yanaşmaq lazımdır”-deyə ekspert bildirib.

Psixoloq Rəvanə Quliyevanın sözlərinə görə, intihar insan psixologiyasının kritik vəziyyətinin təzahürüdür. Yəni insan intihar qərarını birdən –birə vermir.

“ İntihar həddinə insan addım-addım irəliləyir. Çox zaman intihara cəhd edən şəxslər ölmək üçün deyil, vəziyyətdən çıxmaq, kömək edilməsi üçün belə addım atırlar”-deyə o bildirib.

Psixoloqun fikrincə, intiharların artmasına səbəb intihara cəhd hadisələrinin artması deyil, insanların laqeyidləşməsidir.

Yəni əvvəllər intihar edən şəxslərə yardım etməyə çalışanlar çox olsa da, indi bir qədər laqeyidlik var: “ Əgər fikir verirsinizsə, hərhansı hadisə baş verdiyi zaman insanlar yardıma tələsməkdənsə, telefon çıxararaq, video çəkirlər. İntihara cəhd edən olanda yardım etmək əvəzinə, şəxsi qıcıqlandırırlar. Hətda ölən insanın videosunu belə çəkib utanmadan, çəkinmədən, reytinq xatirinə paylaşırlar. Günahkar ölənlər, intihar edənlər deyil, günhkar bu vəziyyətə göz yumanlardır”.

Psixoloq əlavə edib ki, hər bir insanın həyatında elə anlar ola bilər ki, o intihar barədə düşünsün. Sadəcə olaraq, sevgi, dəstək görən şəxslər bu addımı atmırlar.

Qısacası psixoloqun fikrincə, intiharların artmasına səbəb, zaman, baş verən hadisələr, yaşanılan vəziyyətlər deyil, insanların soyuqluğu, düşüncə tərzinin dəyişməsidir.

Son xəbərlər
Bütün xəbərlər »