Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin anlaqlı olmadığı onun Türkiyədə müalicə olunduğu xəstəxananın həkimləri də təsdiqləyib. Bu barədə rəsmi şəkildə rəy də verilib.

Bizimyol.info xəbər verir ki, Türkiyədən Bakıya - Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərovun işinə baxan məhkəməyə tibbi arayış göndərilib. Arayışda keçmiş icra başçısının hazırkı durumu, ona qoyulan diaqnoz haqda ətraflı yazılıb.

İcra başçısı cinayət işində zərərçəkmiş qismində tanınıb. Amma o, heç vaxt məhkəməyə gəlməyib. Onu məhkəmədə nümayəndəsi Fəxrəddin Səfərov təmsil edib.

Yunis Səfərovun vəkili vəsatət qaldırıb ki, Elmar Vəliyev özü də məhkəməyə gəlib ifadə versin, ona veriləsi suallar var. Nümayəndəsi bildirib ki, o, məhkəmədə ifadə vermək iqtidarında deyil.

Bu zaman hakim Əfqan Hacıyev Türkiyə xəstəxanasından verilmiş həkim arayışını elan edib. Arayış Türkiyə türkcəsində tərtib edilib. Hakim elə orijinal formada (tərcüməsiz) orada yazılanları elan edib. Həkimin yazdıqlarından belə məlum olub ki, Elmar Vəliyev deyilənləri qavramır, özü də fikrini ifadə edə bilmir.

Hakim də bildirib ki, bu üzdən onun məhkəmədə dindirilməsi mümkün deyil.

Vəkillərdə sual yaranıb ki, əgər Elmar Vəliyev anlaqsız vəziyyətdədirsə, Fəxrəddin Səfərovun onu məhkəmədə təmsil etməsi üçün notarial qaydada etibarnaməni necə verib? Nümayəndə bu suala cavab verməyib.

Yunis Səfərov və onunla birlikdə mühakimə olunan daha 11 nəfərin işi üzrə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Martın 16-da prokuror onlara cəza istəyəcək.

Yunis Səfərov Yunis Səfərov

Bu cinayət işi üzrə 12 nəfər təqsirləndirilən şəxsdən ikisi saxlanılarkən öldürülüb. Hüquq-mühafizə orqanları onların silahlı müqavimət göstərdiklərinə görə öldürüldüyünü iddia edir.

Yunis Səfərov məhkəmədə bildirib ki, icra başçısını əhaliyə əziyyət verdiyinə görə öldürmək qərarına gəlib.

Son xəbərlər
Bütün xəbərlər »