Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Braziliya prezidenti: “Virusa görə zırıldamağı kəsin”
Braziliya prezidenti: “Virusa görə zırıldamağı kəsin”

Braziliya prezidenti Jair Bolsonaru ölkə vətəndaşlarına müraciət edərək virusa qarşı zırıldamağı, ağlaşma qurmağı kəsməyi tövsiyə edib.

O bu fikirləri ölkədə rekord sayda yoluxmanın qeydə alındığı gün səsləndirib. Hazırda Braziliya pandemiyanın ən qorxunc cərəyan elədiyi ölkədir. Əhalinin 260 min nəfəri virus nəticəsində həyatını itirib. Bu ABŞ-dan sonra ikinci yer deməkdir.

Dünən ölkədə ölənlərin sayı 1910 nəfər təşkil edincə prezident Bolsonaru xalqına təsəlli vermək üçün çıxışında belə deyib.

Bundan əlavə o xəbərlərdə virus barədə qorxui saçmağın qadağan edildiyini qeyd edib.

“Ağlamağı kəsin. Nə qədər üzülmək olar. Nə qədər evdə qalacaq və qapalı yaşayacaqsınız? Biz ölüm faktlarına görə üzülürük, lakin qərar verməliyik”,- deyə o bildirib.

San Paulu qubernatoru Jojao Doria isə bildirib ki onun ölkəsi iki virusla mübarizə aparır. “Bunun biri koronavirus , ikincisi isə qərarları heç bir effekt verməyən dəli prezident Bolsonarudur. O vaksin alıb xalqa kömək etmək istəyən qubernator və merlərə hücumlar təşkil edir. Ölkədə səhiyyə sistemi kollaps vəziyyətdədir”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »