Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ermənistana Azərbaycanla dostluq etmək üçün pul ayırır
Yerevan, İrəvan, Ermənistan

Bir neçə il əvvəl Ermənistandan xeyli sülh çağırışları gəlirdi. Zəbt olunan torpaqları geri qaytarmaq niyyəti göstərməyən qonşu ölkədə Azərbaycanın qəzəbindən ehtiyat edirdilər.

Zaman hər şeyi yoluna qoydu, Azərbaycan itirilən ərazilərin əhəmiyyətli hissəsində nəzarəti bərpa etdi.

Bizimyol.info xəbər verir ki, indi Ermənistanın özünə sülh çağırışları gəlir. ABŞ bu ölkəyə Azərbaycan və Türkiyə dostluq etmək üçün pul ayırmaq qərarına gəlib. ABŞ Dövlət Departamenti bu məqsəd uğrunda ilkin olaraq 150 min dollarından keçəcək.

Qrant ayrılması haqda mətndə əsas məqsədin ABŞ və Ermənistan arasındakı qarşılıqlı əlaqələrin inkişafına xidmət edən layihələrə dəstək olduğu yazılıb. Xüsusi qeyd olunub ki, bütün proqramlar Amerika mədəni aspektini özündə əks etdirməlidir. Yəni qarşılıqlı əlaqələr istiqamətində peşəkarlaşmış amerikalı ekspertlər, təşkilatlar, birliklərlə əməkdaşlıq çərçivəsində iş aparılmalıdır.

Dövlət Departamentinin mətnində yazılıb ki, qrantların mümkün alıcıları ABŞ və Ermənistanın ümumi dəyərlərinin inkişafı ilə işə cəlb olunmalıdır. Bu yerdə bölgədə təhlükəsizlikdən bəhs olunub. Mətndə Türkiyə və Azərbaycan sakinləri ilə dostluq münasibətlərinin bərpasından xüsusi söz açılıb.

ABŞ Ermənistana qrant ayırsa da, məsələnin müsbət tərəfi az deyil. Amerika dolayısıyla rəsmi İrəvanı bölgədə təhlükəsizliyi pozan tərəf kimi göstərir. Okeanın o tayında gözəl anlayırlar ki, bölgədə sülhün, əmin-amanlığın bərqərar olunması üçün Türkiyəyə və Azərbaycana yaxşı münasibət vacibdir.

Ağrı dağı, Iğdırdan görüntü Ağrı dağı, Iğdırdan görüntü

Ermənistanın özündə də artıq münasibət dəyişməyə başlayır. Bir neçə gün əvvəl İrəvanda keçirilən mitinqdə bir qadın açıq şəkildə Şuşa və Qarabağın Azərbaycan əraziləri olduğunu demişdi. Əvvəllər belə mövqe sərgiləmək asan deyildi.

Ermənistanda xalq artıq Qarabağa görə qurbanlar vermək istəmir. Ona görə də müxalifətin çağırışlarına baxmayaraq, hələ də indiki hökumətin tərəfdarları daha çoxdur. Hazırda hakimiyyətdə olan qüvvə Azərbaycan və Türkiyə ilə dinc qonşuluğa can atır. Amma bu yanaşma bəzi region ölkələri, o cümlədən Rusiya tərəfindən müqavimətlə qarşılanır.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »