Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert sığorta şəhadətnaməsini almaq mümkünsüzdür deyir, İSB təkzib edir
Ekspert sığorta şəhadətnaməsini almaq mümkünsüzdür deyir, İSB təkzib edir

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə şəhadətnamənin alınması mümkünsüzdür.

Bunu Bizimyol.info-ya sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Bizimyol.info-ya bildirib. O, qeyd edib ki, sığortanın bu növ üzrə şəffaflaşma prosesinə ehtiyac var.

İlkin İbrahimov

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə işəgötürənlər sığorta haqqı ödəyiblər. Amma işçinin sığorta şəhadətnaməsini alması mümkünsüz kimi görünür. Belə ki bu şəhadətnaməni əldə etmək üçün İcbari Sığorta Bürosunun (İSB) rəsmi saytına daxil olub onu axtarışla tapmaq olmur. Niyə vətəndaşlar öz şəxsi FİN kodlarını daxil etməklə hadisə tarixini əlavə etməklə öz şəhadətnamələrinin hansı həyat sığorta şirkətində sığortalandığını tapa bilmirlər. Bu, bürokratiyadır. Tanışlıqla bu sənədi almaq mümkündür, amma istədikləri “qanunda yoxdur” deyirlər”,-deyə ekspert bildirib.

Məsələ ilə bağlı İcbari Sığorta Bürosudan Bizimyol.info-ya bildirilib ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”növü üzrə məlumatların əldə edilməsi üçün vətəndaşlar İcbari Sığorta Bürosu tərəfindən yaradılan elektron şəxsi kabinet xidmətindən istifadə edə bilərlər: “Bunun üçün vətəndaş ilk növbədə İSB-nin rəsmi internet səhifəsinə (www.isb.az) daxil olaraq, “E-xidmət” bölməsindən öz elektron imza avadanlığına uyğun olan “Asan İmza” və ya “e-İmza” düymələrindən birini seçir. Seçdiyi elektron imza növü vasitəsi ilə sistemə daxil olur və şəxsi sığorta kabinetinin “Sığorta məlumatlarım” menyusunda şəhadətnamələrini görür. Qeyd edək ki, hazırda büro tərəfindən “ASAN Login” sistemi ilə inteqrasiya işləri də aparılır. Bu layihə yekunlaşdıqdan sonra hər bir vətəndaş “ASAN Login” vasitəsi ilə də məlumat ala biləcəkdir”.

İSB-dən bildirilib ki, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta – sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.

Son xəbərlər
Bütün xəbərlər »